Mavi - Mənim həyatım - Wattpad

Mavi

Y1a2z3a4r5 tərəfindən

Mavi

İçindekiler

Mavi

Teen Fiction

Atası tərəfindən illər əvvəl tərk edilmiş Ayla, anası ilə birlikdə Bakıda yaşayır. O, çoxdan arzuladığı universitetə daxil olur. Bundan sonra həyatının çox gözəl keçəcəyini düşünür. Amma onu qabaqda nələrin gözlədiyindən xəbərsizdi...

Bölüm 1

Salam... Mən Ayla... Ayla Məmmədova... Bakıda anamla birlikdə yaşayıram. Evimiz şəhər mərkəzindən kənarda yerləşir, şəhərin səs- küyündən uzaq bir ərazidədir...

Həyatımın dəyişəcəyinə inandığım gün bu gün idi. Çoxdan arzuladığım universitet həyatı mənə yeni qapılar açacaqdı, amma içimdə qarışıq hislər vardı.

Atamın yoxluğu və anamın tək mübarizəsi məni həmişə güclü olmağa məcbur etmişdi. Bəli, atam bizimlə birlikdə yaşamırdı.

Anamın dediyinə görə, atam mən hələ körpə ikən bizi tərk edib getmişdi. Anam nə qədər yalvarsada, nə qədər dil töksədə, atamın getməyinə mane ola bilməyibmiş. Buna görə də mən "ata sevgisi" deyə bir şey bilmirəm.

Uşaq olanda dərs bitdikdən sonra məktəbdən qızını götürməyə gələn ataları gördükcə hər gün evə gəlib "Mənim atam niyə yoxdur" deyə ağlayırdım. Hər gün Allahdan atamın geri gəlməsini diləyirdim. Gəlsin, əlimdən tutsun və məni parka aparsın.

Amma o, heç vaxt gəlmədi.

Bundan sonra da gəlməyini istəmirəm. Qız uşaqları atanı daha çox sevir deyirlər. Atalarını özlərinin qəhrəmanı kimi bilirlər. Ən çox onunla vaxt keçirirlər, oyunlar oynayırlar. Amma mənim heç vaxt qəhrəmanım dediyim, oyunlar oynadığım bir atam olmadı.

Mən heç atamı doğru-düzgün də tanımıram. Atam haqqında bildiyim tək şey adının Fərhad olduğudur. Heç onun soyadını da bilmirəm. Hal hazırda anamın soyadını işlədirəm.

Nə vaxt anamdan atam barədə bir sual soruşsam, o dəqiqə gözləri dolurdu. Buna görə də, artıq sual verməkdən çəkinirəm.

Gözlərindəki o acı ifadə, susqunluğun və keçmişin ağırlığını hiss etməyimə səbəb olur.

Həm, artıq geri gəlsə nə dəyişəcək ki?

Heç bir şey dəyişməyəcək.

Mənim atasız keçirdiyim 19 ili geri ala biləcəkmi?

Yox.

Onun gəlməyini sadəcə bir şeyə görə istəyirəm. Niyə bizi qoyub getdiyini soruşmaq istərdim.

Məni atasız qoyub getdiyi üçün ondan nifrət etdiyimi üzünə hayqırmaq istəyərdim.

Bütün bunları dedikdən sonra artıq hara istəyir gedə bilərdi. Mən, atasız bu yaşıma kimi necə yaşamışamsa, bundan sonra da elə yaşayardım. Mənə sadəcə anam bəs edərdi.

Anam... Hər gün yorulmadan işləyən, gözlərində yuxunun izləri ilə gülümsəyən qadın...

Anam mənim üçün hər şeyi etmişdi. O, mənim üçün həm ana, həmdə ata olmuşdu. Hər bir yorğunluğuna baxmayaraq mənim təhsilimi dəstəkləmişdi.

Məndə onun ümidlərini doğrultmaq istəyirdim. Sonunda istədiyim universitetə qəbul olmuşdum...

Davamı gəlsin?☺️☺️☺️